Bakının hansı küçələrində sıxlıq var?
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
![](https://images.oxu.az/2025/02/06/v0lJIcjqeEE7GS6EyzDydRXHc4AOgAp9apnEadpf:640.jpg)