AZ

Məmmədyarov, Rəcəbov, Məmmədov və Süleymanlı 1/4 finalda

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında ilk dörddəbir finalçılar müəyyənləşib.

İdman.biz xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı 1/8 final mərhələsini uğurla keçiblər.

1/4 finalın qalan iştirakçıları taybreykdən sonra müəyyənləşəcək.

Çempionat nokaut sistemi üzrə keçirilir. Rəqiblər fiqurlarda rəng dəyişikliyi edərək iki oyun keçirir və lazım olduqda taybreyk də oynayırlar.

1/8 final
Cavab oyunları

Fərid Abbasov – Şəhriyar Məmmədyarov 0:1 (ümumi hesab 0:2)

Teymur Rəcəbov – Namiq Quliyev 0,5:0,5 (1,5:0,5)

Vüqar Rəsulov – Rauf Məmmədov 0:1 (0,5:1,5)

Aydın Süleymanlı – Riad Səmədov 0,5:0,5 (1,5:0,5)

Məhəmməd Muradlı – Nicat Məmmədov 0:1 (1:1)

Vasif Durarbəyli – Əhməd Əhmədzadə 0,5:0,5 (1:1)

Vüqar Əsədli – Eltac Səfərli 0,5:0,5 (1:1)

Misrətdin İsgəndərov – Nicat Abasov 0,5:0,5 (1:1)

İdman.biz

Seçilən
5
14
idman.biz

10Mənbələr