AZ

PAŞA bankın vəzifəli şəxsi 10 min manat cərimələndi - Mərkəzi Bankın tələbi ilə

"PAŞA Bank” ASC-nin vəzifəli şəxsi Mərkəzi Bank tələbi ilə 10 min manat cərimələnib. 

Bu barədə Valyuta.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində bankın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozduğu məlum olub. 

Bu nəzəra alınaraq “PAŞA Bank”ın vəzifəli şəxsi məhkəməyə verilib. İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən Ağdam Rayon Məhkəməsi tərəfindən bankın vəzifəli şəxsi 10 min manat məbləğində cərimə edilib.

Qeyd edək ki, AMB bundan əvvəl ötən ilin avqust ayında da "PAŞA Bank"ın vəzifəli şəxsini cərimələyib

Seçilən
53
50
valyuta.az

10Mənbələr