1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bizim əsas işimiz ədalətliliyi təmin etməkdir, nəinki hamıya diplom paylamaq. Bir şəxs diplom alırsa, həmin təhsil müəssisəsində olmalı və tədris dilini bilməlidir".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə İqtisad Universitetinin Dərbənd filialının tələbələrinin diplomlarını ala bilməmələri məsələsinə münasibət bildirərkən deyib.
"Diplomu vermək üçün əlimizdə kifayət qədər əsas olmalıdır. Buna görə bildirmək istəyirəm ki, diplomlarını ala bilməyənlər məhkəməyə müraciət edərək əsaslandıra bilərlər", - deyə nazir əlavə edib.
Aləmdə Nəsib