Bakı. Trend:
Xəbər verildiyi kimi, fevralın 6-daErmənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibəninhazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını vəadətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digərçoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən ErmənistanRespublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan,Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan vədigərlərinin, eləcə də Ruben Vardanyanın barəsində olan cinayətiişləri üzrə məhkəmə proseslərinin baxış iclası başlayıb.
Trend xəbər verir ki, Ruben Vardanyanın təqsirləndirilməsinədair məhkəmənin növbəti iclası fevralın 10-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərinipozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat)yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiyatəhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorlaələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma), 318-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digərmaddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittihamolunur.