AZ

Tramp Administrasiyası yüzlərlə USAİD əməkdaşını saxlayacaq

ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ştatında 611 əməkdaşı saxlayacaq.

 

Oxu24.com xəbər verir  ki, bu barədə agentliyin əməkdaşlarına göndərilən bildirişə istinadən Reuters agentliyi məlumat yayıb.

 

USAID-in 10 mindən çox işçisi var.

Fevralın 7-də Ağ Evin dünya üzrə USAİD işçilərinin 97%-ni ixtisar edəcəyi və yalnız 294 mütəxəssisin qalacağı elan edildi. Kütləvi ixtisarlar agentliyin Vaşinqtondakı mənzil-qərargahının bağlandığı vaxta təsadüf edir. Eyni zamanda, İlon Mask xərcləri azaltmaq üçün agentliyin bağlanma prosesində olduğunu bəyan edib.

Daha sonra “Financial Times” qəzeti USAİD əməkdaşına istinadən yazıb ki, Trampın agentliyi bağlamaq qərarının fəlakətli nəticələri olacaq. Öz növbəsində ABŞ-ın yüksək rütbəli rəsmisi FT-yə deyib ki, o, Tramp administrasiyasının USAİD-ə qarşı hərəkətlərini “çarpıcı və məsuliyyətsiz” hesab edir.

ABŞ-ın yeni yaradılmış Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask fevralın 2-də USAID-i mövcudluğuna son qoymalı olduğuna inandığı “cinayətkar təşkilat” kimi təsvir edib. Həmin gün Mask Trampın USAID-in bağlanması ideyasını dəstəklədiyini açıqladı. Üstəlik, sahibkar aydınlaşdırdı ki, onlar artıq agentliyin fəaliyyətini dayandırmaq üçün fəal işləyirlər.

Bundan əvvəl Krım USAID-in yarımadadakı işlərə qarışmaq cəhdləri barədə məlumat vermişdi.

 

Miri

 

Seçilən
56
50
oxu24.com

10Mənbələr