AZ

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi fevralın 11-də baş tutacaq

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, tevralın 7-dəErmənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibəninhazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını vəadətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylıcinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasınınvətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan,Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərininbarəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclasıdavam etdirilib.

Trend xəbərverir ki, baxış iclasından sonra məhkəmə prosesinin fevralın 11-dədavam etdiriləcəyi bildirilib.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Məqalədə:
Seçilən
2
49
az.trend.az

10Mənbələr