Bakı. Trend:
Kəlbəcər rayonunun işğalı nəticəsində 17 min 489 əmlak üzrə 2,2milyard manatdan artıq maddi ziyan vurulub.
Trend xəbər verir ki, bunu Baş prokurorun böyükköməkçisi Vüsal Əliyev fevralın 7-də Ermənistanın hərbi təcavüzünəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması vəaparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma,habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorlaələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlərtörətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarıArayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan,Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olancinayət işləri üzrə məhkəmə prosesinin baxış iclasındabildirib.
"Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcərrayonunun işğal olunması nəticəsində 48 min 847 dinc sakin didərginsalınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasınındövlət mülkiyyətində olmuş ümumilikdə 17 min 489 əmlak üzrə 2,2milyard manatdan artıq maddi ziyan vurulub", - o bildirib.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.