AZ

FHN: 9 nəfər xilas edilib

FHN:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə "Ulusum".az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 9 nəfər xilas edilib.

Diqqət Çəkənlər

Mətbəxin sirri - Analar üçün

Heç Kim Ona İnanmırdı… O, Azərbaycan Tikinti Sektorunda Yeni Dövr Açdı

İsveçrə Gülnarə Kərimovanın 182 milyon dollarını geri qaytarır

Seçilən
56
15
ulusum.az

10Mənbələr