Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib.
Sfera.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Şamaxı" "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.
Günün digər qarşılaşması isə "Sabah" və "Turan Tovuz" arasındadır. Oyun Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Sabah" turnir cədvəlində 31 xalla 5-ci, "Turan Tovuz" isə 36 xalla 4-cüdür.
Bu komandaların 1-ci dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. 2-ci dövrənin görüşü isə 1:1 hesabı ilə yekunlaşıb.
Misli Premyer Liqası, 3-cü dövrə, 22-ci tur
9 fevral
17:00. "Sabah" - "Turan Tovuz" - 2:1
Qollar: Aleks Souza, 15 (0:1), Pavol Şafranko, 50 - pen. (1:1), Cessi Sekidika, 59 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
"Bank Respublika Stadionu"
14:30. "Şamaxı" - "Sumqayıt" - 1:0
Qol: Brahim Konate, 60
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Şamaxı şəhər stadionu (qol.az)