Egey dənizində 4,6 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Əlavə məlumat verilmir.
Qeyd edək ki, son günlər Egey dənizi akvatoriyasında ardıcıl yeraltı təkanlar qeydə alınmaqdadır.