ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilk 100 günündə verilən sərəncamların sayına görə rekorda imza atıb.
Paralel.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "ABC News" məlumat verib.
"20 Yanvarda andiçmə mərasimindən sonra Tramp artıq ABŞ-nin daxili və xaricdəki prioritetlərini yenidən formalaşdırmağa başlayan rekord sayda sənəd imzalayıb", - kanalın məlumatında qeyd edilir.
Məlumata əsasən, ABŞ-nin 47-ci prezidenti 54 sənəd imzalayıb ki, bu da ABŞ tarixində ən yüksək rəqəmdir. Əvvəlki rekordçu 1945-1953-cü illərdə ölkəyə rəhbərlik etmiş keçmiş dövlət başçısı Harri Truman olub.