Son bir həftədə 787 0268 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.02.2025 - 09.02.2025) açıqlanıb.
ANAMA-dan Operativ Media-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 78 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 294 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 787 0268 hektar ərazi mina və PHS-lərdən təmizlənib.