Demokrat.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
“Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.
Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib.
Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir.
Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaqdır”, - deyə A.Hacızadə bildirib.
10Mənbələr
-
xalqqazeti.azNikolay Valuyevin də adı “qara siyahı”da ( 15387003)
-
sportinfo.azBu “Heyvan”ın Azərbaycana girişinə qadağa qoyuldu ( 15385005)
-
senzor.azNikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyuldu ( 15384339)
-
1news.azRusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub ( 15377497)
-
baki-xeber.comDaha bir rus deputat Azərbaycanın qara siyahısına düşdü... ( 15376439)
-
news24.azNikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyuldu ( 15371787)
-
yeniazerbaycan.comAzərbaycan rusiyalı deputat Nikolay Valuyevi "arzuolunmaz şəxs" elan edib, ölkəyə girişinə qadağa qoyulub ( 15374825)
-
azvision.azRusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu ( 15374565)
-
yenilik.azRusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu ( 15374513)
-
azadmedia.azRusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu » AzadMedia.az ( 15374379)