Gəncə şəhər sakini evində qaz balonunun partlaması nəticəsində xəsarət alıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektindəki evlərdən birində baş verib.
65 yaşlı Eldar Həsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.