UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün keçiriləcək 4 oyunla start veriləcək. Metbuat.az xəbər verir ki, Fransanın PSJ klubu səfərdə Liqa 1-in digər təmsilçisi “Brest”lə üz-üzə gələcək.İngiltərənin “Mançester Siti” komandası evdə İspaniya “Real”ını, “Yuventus” (İtaliya) isə PSV-ni (Niderland) qəbul edəcək.Almaniya təmsilçisi “Borussiya” (Dortmund) səfərdə “Sportinq”lə (Portuqaliya) üz-üzə gələcək.UEFA Çempionlar LiqasıPley-off mərhələsi, ilk oyunlar11 fevral21:45. "Brest" (Fransa) - PSJ (Fransa)00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)00:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)00:00. "Yuventus" (İtaliya) - PSV (Niderland)Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.