Bakı. Trend:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)“İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmlərini təqdimedib.
Trend xəbərverir ki, İcmala əsasən, 2025-ci ilin yanvar ayında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.2025-ci ilin yanvar ayında yeyinti məhsulları 19,7% artaraq 84,2milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar ayında aqrar məhsullar 10,4% artaraq 64,8milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 44,3% artaraq 22,2milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənayeməhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dollarıtəşkil edib.
Cari ilin birinci ayında qara metallar və ondan hazırlananməmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadıməhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvikimyəvi birləşmələr 52,4% artıb.