Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları artımlarla birgə ödənilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edək ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1% indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb.