Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə azçiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7°isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunutəşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65%olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağıehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərqküləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10°isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18°şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.