Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində gümüş medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından "Far.Az"a verilən məlumata görə, “Kristal Abşeron” klubunun üzvü finala qədər 5 rəqibini üstələyib.
Təmsilçimiz həlledici mərhələdə türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.