Rusiyada 2025-ci ildə 23 terror aktının qarşısı alınıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin informasiya mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, ilin əvvəlindən Rusiya Federasiyasında 224 şəxsin (2 liderin, 97 silahlının və 100-dən çox ortağın) terror fəaliyyətinin qarşısı alınıb.
“11 silah, sursat və PUA-nın anbarı aşkar edilərək zərərsizləşdirilib”, - məlumatda deyilir.
Həmidə İbrahimova