AZ

Aİ-nin sərhəd avantürası - "missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib - VİDEO

Avropa İttifaqının (Aİ) Ermənistandakı "müşahidə missiyası"nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.

"Report"un əldə etdiyi görüntülərə görə, bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib.

Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.

Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

 

Seçilən
9
18
qaziler.az

10Mənbələr