AZ

"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki lövhə söküldü

Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi binanın üzərindəki hər iki dildə olan lövhə sökülüb.

Bakıvaxtı.az apa -ya istinadla  xəbər verir ki, dünən “Rus Evi”nin əməkdaşları divarlardan tabloları çıxarıb, məkanı boşaldıblar.

    Xatırladaq ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə
xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

    Seçilən
    10
    26
    bakivaxti.az

    10Mənbələr