AZ

Orban: “Avropa Rusiyaya qarşı enerji sanksiyalarını ləğv etməlidir” – ÖZƏL

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı enerji sahəsində tətbiq etdiyi sanksiyaların ləğv olunmasının vacibliyini bildirib.

Olaylar.az xəbər verir ki, o, bu fikri Almaniyanın "Almaniya üçün Alternativ" partiyasının həmsədri Alis Vaydel ilə Budapeştdə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında səsləndirib. Orban Avropanın Rusiya sanksiyalarından yalnız ziyan gördüyünü vurğulayıb.

"Enerji sanksiyaları ləğv edilməlidir. Avropa iqtisadiyyatı üçün enerji mənbələri məhdudiyyətlərdən azad olmalıdır", - deyə Macarıstanın Baş naziri bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
25
olaylar.az

10Mənbələr