ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə telefonla danışıb.
Kreml prezident Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın 1,5 saatlıq telefon danışığı apardığını və iki liderin təmaslarını davam etdirmək qərarına gəldiyini açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov iki liderin (Rusiya və Ukrayna arasında) girov mübadiləsi məsələsini müzakirə etdiklərini söyləyərək, "Tramp Amerika tərəfinin əldə edilən bütün razılaşmaları yerinə yetirəcəyinə zəmanət verdi" deyib.
Rusiya sözçüsü Putinin ABŞ rəsmilərini Rusiyada qəbul etməyə hazır olduğunu Trampa çatdırdığını və onu Moskvaya dəvət etdiyini vurğulayaraq, "Putin və Tramp üz-üzə görüşlər də daxil olmaqla şəxsi təmaslarını davam etdirmək qərarına gəliblər" deyə bildirib.
İki liderin Orta Şərqdəki hadisələri də müzakirə etdiklərini vurğulayan Peskov deyib: "İranın nüvə proqramı və Rusiya ilə ABŞ arasındakı iqtisadi əlaqələr də müzakirə edilib".
Donald Tramp Rusiya prezidenti ilə telefon danışığı ilə bağlı “Truth” sosial media platformasında da açıqlama verib.
Putinlə uzun və səmərəli telefon danışığı keçirdiyini və ortaq mövzularla bağlı bir çox mövzunu müzakirə etdiklərini bildirən Tramp ABŞ və Rusiya arasında birgə çalışmanın hər iki ölkəyə fayda verəcəyini qeyd edib.
Tramp Putinə təşəkkür edərək, "Prezident olsaydım baş verməyəcək bir müharibədə (Rusiya-Ukrayna müharibəsi) milyonlarla insan öldü, lakin bu müharibə indi bitməlidir. İnanıram ki, bu səy tezliklə uğurlu nəticəyə çatacaq" deyib.
Daha sonra Ukrayna prezidenti Zelenski ilə telefon danışığı aparan Tramp bu xəbəri “Truth” sosial şəbəkəsində paylaşıb.
“O da (Zelenski) prezident Putin kimi sülh istəyir” deyib.aparıb.
Rusiya-Ukrayna müharibəsinin “tamamilə lazımsız ölüm və dağıntı” olduğunu və bu müharibənin indi bitməli olduğunu vurğulayan Tramp “Allah Rusiya və Ukrayna xalqına rəhmət eləsin” ifadəsini işlədib.