Bakı. Trend:
2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsindəistehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyardmanatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndəticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaqməhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaqmalları üzrə 6,1 faiz artıb.
Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizəolunub:
2025-ci ilin yanvar ayında alıcıların pərakəndə ticarətşəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7 faizi ərzaqməhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,5faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faiziavtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik mallarıvə mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbiləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiyaavadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digərqeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərəntəsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlkiilin eyni ayı ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumipərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin yanvarayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə5,2 faiz, fərdi sahibkarlar üzrə 3,0 faiz, bazar və yarmarkalardaisə 3,6 faiz artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəriorta hesabla 473,5 manatlıq, o cümlədən 257,8 manatlıq ərzaqməhsulları, içkilər və tütün məmulatları, 215,7 manatlıqqeyri-ərzaq malları alıb.