AZ

Sumqayıtın bəzi hissələrində suyun verilişində fasilələr yaranıb

Sumqayıt şəhərinin bəzi hissələrində suyun verilişində fasilələr yaranıb.

“Report”un yerli bürosuna Sumqayıt Sukanal İdarəsindən verilən məlumata görə, Ceyranbatan qəsəbəsi ərazisində magistran d1000mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində su təminatı dayandırılıb.

Qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra saat 21:00-dan suyun verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Seçilən
10
7
report.az

10Mənbələr