"Sabah Sevgililər günüdür. İlk dəfədir ki, 14 fevralda mən ona gül aparacağam".
Publika.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, bu sözləri mərhum aktyor Azər Baxşəliyevin memar həyat yoldaşı Nigar Seyid deyib.
O, Azərlə tanışlığından, birlikdə yaşadıqları çətinliklərdən söz açıb. Bu il ilk dəfə qızı ilə virusa yoluxduğu üçün Yeni ili ayrı qeyd etdiklərini bildirib.
N.Seyid bu gün Azəri ilk dəfə yuxuda gördüyünü vurğulayıb:
"Bu gün ilk gecə idi ki, Azəri yuxuda gördüm. Xatırlamıram necə görmüşəm. Hər il mənə gül verirdi. Əhvalım olmayanda mənə gül alırdı. Mənimlə görüşə gələndə maşının oturacağına gül qoyurdu".
Qeyd edək ki, bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.