Kiyev hakimiyyəti ABŞ-ninn Ukraynanın nadir torpaq ehtiyatlarından təhlükəsizlik təminatlarının bir hissəsi kimi istifadəsi təklifini nəzərdən keçirməlidir...
Poliqon xəbər verir ki, bunu “Fox Business” telekanalına müsahibəsində ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Məncə, belə iqtisadi əməkdaşlığa başlamaq gözəl ideyadır, çünki bu, Ukraynanın təhlükəsizliyini təmin edəcək. Onlar biləcəklər ki, Birləşmiş Ştatlar iqtisadi sahədə iştirak edir və bizim Ukraynada iqtisadi marağımız var. Bu, Ukraynanın təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və onlar buna belə baxmalıdırlar”, deyə Tramın nümayəndəsi bildirib.
Kelloq həmçinin yaxın bir neçə gün ərzində Kiyevin nadir torpaq metalları sektorunda sövdələşməyə razılaşacağına ümid etdiyini bildirib.
Poliqon.info