AZ

Azərbaycanda 21 yaşına çatan şəxslər mülki odlu silah əldə edə biləcək

Bakı. Trend:

Azərbaycanda 21 yaşına çatan şəxslərin mülki odlu silah əldəetmək hüququ olacaq.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Xidməti və mülki silah haqqında” Qanunatəklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, bu qanunun tələblərinəmüvafiq olaraq Azərbaycanda on səkkiz yaşına çatmış Azərbaycanvətəndaşlarının mülki silah əldə etmək hüququ var.

Təklif edilən dəyişikliklə, Azərbaycanda on səkkiz yaşına çatmışAzərbaycan vətəndaşlarının odlu silah istisna olmaqla mülki silahəldə etmək hüququ olacaq.

Həmçinin, Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlaramülki odlu silah əldə etmək hüququ veriləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Seçilən
10
49
az.trend.az

10Mənbələr