AZ

21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq

Azərbaycanda 21 yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.

Herbiand.az xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 14-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Xidməti və mülki silah haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Qanunun 2.1. 7-ci maddəsinin I hissəsinə "mülki silah" sözlərindən sonra "(odlu silah istisna olmaqla)" sözləri və "Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır." məzmununda ikinci cümlə əlavə edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Seçilən
2
15
herbiand.az

10Mənbələr