Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.
Publika.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və “Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir.
Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.