AZ

Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - SƏBƏB

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.


Pravda.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.


"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik" -MN-in məlumatında deyilir.

Tarix: 14 Fevral 2025, 15:59   
Seçilən
9
49
pravda.az

10Mənbələr