AZ

Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto

Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsinə üzv seçilən Qürbət Kərimov vəfat edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, kardioloji xəstəlikdən əziyyət çəkirmiş və səsvermədən bir gün sonra dünyasını dəyişib.

Q.Kərimov seçkilərdə bütün namizədlərdən çox-717 səs toplayıb.

Yaxınlarının bildirdiyinə görə, o, yenidən bələdiyyə sədrliyinə namizəd olmağı planlaşdırırmış: “Qürbət Kərimov 1960-cı ildə Ağsu rayonunun Gəgəli kəndində doğulub. Çox arzulayırdı ki, yenə sədr seçilsin. Onun bir övladı da vəfat edib. Vəfat edən övladının uşağı onun himayəsinə idi. Övladının da xəstəliyi var idi”.

Qeyd edək ki, Qürbət Abdulkərim oğlu Kərimov 2014-2019-cu illərdə Gəgəli bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, onun vəfatına görə Gəgəli kənd bələdiyyəsini formalaşdırmaq mümkün olmayıb.


Telegram kanalımız
Seçilən
24
31
yenisabah.az

10Mənbələr