AZ

4 milyonluq pozuntu: Zaur Hüseynovun dövrü təftiş edildi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var...

Poliqon "Qaynarinfo"ya istinadla xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı "Bakı Metropoliteni" QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, 20.12.2024-cü il tarixində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.

Poliqon.info

 

Seçilən
3
31
poliqon.info

10Mənbələr