Azərbaycanda Batareya Enerji Saxlac Sistemləri (BESS) quraşdırılacaq.
Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "AzərEnerji" ASC-də müvafiq işlərə start verilib.
Belə ki, ASC hazırda BESS-lərin quraşdırılması üçün şirkət axtarışındadır.
Qurum sözügedən işlərin icrasının 250,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, ötən ilin yayında "Azərenerji" ASC Azərbaycan enerji sistemi üzrə 250 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin (BESS) optimal yerləşmə yerlərinin təyin edilməsi, təfsilatlı layihələndirilməsi və tikintisi üçün texniki şərtlərlə birlikdə ilkin layihələndirmə işlərinə başlamışdı.
Həmçinin, ötən il Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında 200 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi layihəsi üzrə icra müqaviləsi imzalanıb.