Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14°isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəziyerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16°isti, dağlarda gecə 5-10°şaxta, yüksək dağlıq ərazilərdə 13-18°şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlamaehtimalı var.