13:54
HƏMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri - Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Axar.az xəbər verir ki, növbəti mərhələdə onlar İsrailə aparılacaq.
Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.
HƏMAS ilə razılaşma çərçivəsində İsrail bu gün 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.
***
İsrail 369 nəfər fələstinli məhbusu azad edib.
Bu barədə "Yerusəlim Post" nəşri məlumat yayıb.