ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə aksent problemi yaşayıb.
Demokratikmusavat.comxarici KİV-ə istinadla xəbər verir ki, Tramp ona sual verən hindistanlı jurnalistin aksentini başa düşməkdə çətinlik çəkib.
"Dediklərindəm bir söz belə başa düşmədim" - deyə Tramp söyləyib.
Hindistanlı jurnalist ingilis dilində danışsa da, ABŞ lideri onu anlamadığından tərcüməçilər Trampa kömək edib.
Beləliklə, hind jurnalistin ingilis dilindəki sualı ingilis dilində Trampa izah edilib.
Billurə