AZ

“Zirə” “Sumqayıt”ı darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib. 

"Cebheinfo.az" xəbər verir ki, ilk gündə bir matç keçirilib. 

Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edib. İlk hissədən üstünlüyü ələ alan qonaqlar, rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb.

Hazırda “Zirə” turnir cədvəlində 39 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək.

"Cebheinfo.az"

Seçilən
82
5
cebheinfo.az

10Mənbələr