1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanlı rəssam Məryəm Ələkbərli 33 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Bildirilib ki, o, ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, M.Ələkbərli 43 sərgi keçirib. Bakıdakı ilk nümayişlərdən sonra onun rəsmləri Rusiya, Fransa, Türkiyə, Amerika, İtaliya, Yaponiya, Belçika və Əmirliklərdə sərgilənib.


