
"Bu ilin ilk 6 ayında ölkədə seysmik və tektonik aktivlik davam edəcək. Xəzər dənizi aktiv seysmik region sayıldığından aktivlik ən çox məhz bu su hövzəsində müşahidə olunacaq".

E-saglam.az bildirir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.
Onun sözlərinə görə, ölkənin digər ərazilərində olan aktiv seysmik zonalar da sakit deyil.
O bildirib ki, hiss olunan zəlzələlərin baş verəcəyi də istisna olunmur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: