AZ

AYNA qadın sahibkarı 20 min CƏRİMƏLƏDİ

"Efir-AZ" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib.

Publika.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə protokol irəli sürülüb və iş məhkəməyə göndərilib.

"Efir-Az" MMC 99 UP 960 nömrə nişanlı "Toyota" və 99 BL 050 nömrə nişanlı "Mersedes"ə verilmiş taksi sifarişləri barədə məlumatların AYNA İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi müəyyən edilib.

Məhkəmənin qərarı ilə "Efir-Az" MMC-nin qanuni təmsilçisi və direktoru olan Abbasova Fidan Adil qızı İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə təqsirli bilinərək, 20 000 manat məbləğində inzibati cərimə edilib.

Seçilən
17
20
publika.az

10Mənbələr