AZ

Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilir

Bakı. Trend:

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsilmüəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birincimərhələsini keçirir.

Trend xəbər verirki, imtahanda iştirak etmək üçün 21 min 926 bakalavr ərizə təqdimedib. Onlardan 20 min 57 nəfəri Azərbaycan bölməsi, 1869 nəfəri isərus bölməsi üzrə imtahan verəcək. İmtahan iştirakçılarının 14 min17 nəfəri cari ilin, 7909 nəfəri isə əvvəlki illərin məzunlarıdır.Həmçinin 49 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 62, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6,Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunub.İmtahan saat 11:00-da başlayır, saat 10:45-də isə buraxılış rejimibaşa çatır. Göstərilən vaxtdan gecikən şəxslər imtahan binasınaburaxılmayacaq.

İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri,1989 nəzarətçi və 294 mühafizə əməkdaşı cəlb olunub.

Bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları dayoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanırvə bu səbəbdən imtahandan 15 dəqiqə əvvəl hər kəs zaldaolmalıdır.

İmtahan 3 saat 30 dəqiqə davam edəcək. İlk 3 saat ərzində testtapşırıqlarına cavab vermək lazımdır. Bundan sonra esse yazı işibaşlayacaq və bakalavrlara 30 dəqiqə vaxt veriləcək.

DİM imtahan iştirakçılarının diqqətinə çatdırır ki, cavabkartları optik qurğu vasitəsilə oxunur. Buna görə də cavablaryalnız qara və ya tünd göy mürəkkəb axıtmayan diyircəkli qələm vəya tünd rəngdə yazan karandaşla qeyd edilməlidir. Səhv qeyd olunmuşvə ya qaydalara uyğun olmayan cavablar nəzərə alınmayacaq.

İmtahan binasına mobil telefon, elektron cihazlar, kalkulyator,kitab, dəftər, məlumat kitabçası, lüğət, çanta və digər yardımçıvəsaitlər gətirmək qadağandır.

Bakalavrlar imtahana gələn zaman şəxsiyyəti təsdiq edən sənədinəslini və imtahana buraxılış vərəqəsini təqdim etməlidirlər.Sənədləri qaydasında olmayan şəxslər imtahana buraxılmayacaq.

Seçilən
23
7
az.trend.az

10Mənbələr