1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Malinin qərbində qanunsuz istismar edilən qızıl mədənində baş vermiş çökmə nəticəsində azı 48 nəfər ölüb.
Oxu.Az "Xinhua"ya istinadən xəbər verir ki, hadisə Kaes regionunun Keniba rayonunda baş verib.
Məlumata görə, qızıl axtaran bir qrup qadının işlədiyi kustar mədənin üzərinə ekskavator düşüb. Azı 48 nəfər hadisə yerində ölüb, daha 10 nəfər ağır xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.