1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasında 25-ci turun matçları oynanılır.
Oxu.Az xəbər verir ki, lider "Liverpul" ev stadionunda "Vulverhempton"u qəbul edib.
Mersisaydlılar rəqib qapısından 2 top keçirib, öz qaplarında 1 qol görüblər - 2:1. Meydan sahiblərindən Diaz və Salah fərqləniblər.
Bu qələbə sayəsində xallarını 60-a çatdıran "Liverpul" ən yaxın izləyicisi "Arsenal"la xal fərqini 7-dək artırıb. "Vulverhempton" isə 25 matçdan 19 xal toplamaqla 17-cı sırada qərarlaşıb.