İran Prezidenti Məsud Pezeşkian Təbrizdə Azərbaycan dilində danışması və şeir deməsi ilə gündəmə gəlib.
Demokratikmusavat.comxəbər verir ki, o, Təbrizdə keçirilən mədəniyyət həftəsinin bağlanış mərasimində belə bir addım atıb.
"Eybi yoxdur, iki dənə Şəhriyardan türkü deyərəm, məni də burada bəzi (millət) vəkilləri var, pantürk çıxardarlar", - deyə prezident şeirdən əvvəl zarafat edərəm gülüb.
Belə ki, Pezeşkian tribunada Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini söyləyib. Daha sonra rəsmi şəxslərdən biri ona yaxınlaşaraq nəsə deyib.