AZ

Cəbrayıla qayıdan sakin: "Bu gün sanki biz yenidən doğulduq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Alnımıza yazılan köçkünlük həyatı bu gün burada sona çatır. Artıq biz də şad-xürrəm öz yurdumuza qovuşuruq".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Nazim Hüseyn oğlu Rüstəmov deyib.
O bildirib ki, illərdir, məhz bu günün həsrəti ilə yaşayıb:
"Bu günə kimi Keşlə qəsəbəsində məcburi köçkün kimi yaşamışıq. Çox çətin günlərimiz olub, Cəbrayıldan, bir zamanlar işğal altında olan torpaqlarımızdan nə zülmlərlə çıxmışıq. Ac-susuz, naəlac, min bir zillətlə didərgin düşmüşdük el-obamızdan. Hər dəfə düşünürdük, xəyal edirdik ki, görəsən, bizə qismət olacaq Cəbrayılı görmək, oraya geri qayıtmaq? Çox şükür ki, başda Ali Baş Komandanımız olmaqla müzəffər Ordumuz sayəsində xəyallarımıza qovuşduq. Bundan gözəl gün ola bilməz, bu gün sanki biz yenidən doğulduq, yenidən gəldik bu həyata.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 42 ailə (205 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
Seçilən
114
50
oxu.az

10Mənbələr