1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanın MMA döyüşçüsü Turac Əliyev növbəti döyüşünü keçirib.
Oxu.Az xəbər verir ki, "Tank" ləqəbli idmançımız GFC (Georgian Fighting Championship) liqası çərçivəsində gürcüstanlı Badri Potşveraşvili ilə qarşılaşıb.
Əliyev döyüşün taleyini ilk raundda həll edib. 19 yaşlı "Tank" ləqəbli idmançı qola ağrıdıcı fənd ilə qalib gəlib. Bu onun GFC liqasında ikinci güclü rəqibi üzərində qələbəsi olub.
Qeyd edək ki, Əliyev MMA-da ümumilikdə 5 dəfə qalib gəlib və bunların hər birini vaxtından əldə edib.