1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetinə silahlı hücum olub.
Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verib.
Qeyd olunur ki, universitetin məzunu olmuş Bestami Serdar ali təhsil ocağının Səhiyyə Elmləri Fakültəsinin dekan müavini Müjdat Yeşildalına silahdan atəş açaraq, onu yaralayıb.
Hadisədən dərhal sonra B.Serdar özünə də atəş açaraq, intihara cəhd edib.
Hər iki şəxs hadisə yerinə gələn polislər tərəfindən xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır qiymətləndiriblər. Hələlik hadisənin təfərrüatı barədə məlumat verilmir.





